Bakı. Trend:
Rusiyada Kazan və Nijnekamsk aeroportlarında reyslər müvəqqəti olaraq təxirə salınıb.
Trend xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.
Məlumata görə, uçuşlar dron təhlükəsi ilə əlaqədar olaraq təxirə salınıb.
"Rosaviasiya"nın son məlumatına görə, artıq məhdudiyyətlər aradan qaldırılıb və hava limanları fəaliyyətini bərpa edib.