...

Paşinyan Ermənistanda dəmir yolunun bərpası ilə bağlı verdiyi göstərişə görə Putinə təşəkkür edib

Dünya xəbərləri Materials 1 İyun 2024 16:32 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.

Trend xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Paşinyan Lori vilayətində daşqınlar nəticəsində dəmir yolunun dağılmış hissələrinin bərpası ilə bağlı Rusiya Dəmir Yollarına verdiyi göstərişə görə Putinə təşəkkür edib.

Erməni baş nazir, həmçinin, doğum günü ilə əlaqədar təbriklərinə və xoş arzularına görə Rusiya prezidentinə minnətdarlığını bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti