...

Türkiyə NATO-nun Təkmilləşdirilmiş Hava Polisi missiyasına qatılıb

Dünya xəbərləri Materials 3 İyun 2024 21:59 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə iki F-16 ilə NATO-nun Təkmilləşdirilmiş Hava Polisi missiyasına qatılıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlik, NATO-nun Təkmilləşdirilmiş Hava Polisi missiyası çərçivəsində Qərbi Qara dənizdə həyata keçirilən ikitərəfli təlim missiyasına 1-ci Baş Jet Baza Komandanlığının iki F-16 təyyarəsi ilə qatıldığını açıqlayıb.

Milli Müdafiə Nazirliyinin sosial media hesabında təlim missiyasında iştirak edən təyyarələrin görüntüləri də paylaşılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti