Bakı. Trend:
Gürcüstan-Rusiya sərhədindəki "Dəryal" nəzarət-buraxılış məntəqəsi adi rejimdə fəaliyyətini bərpa edib.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Hazırda Devdoraki dərəsində təhlükə səviyyəsi minimaldır", - məlumatda deyilir.
xxx
12:55
Gürcüstan-Rusiya sərhədində yerləşən "Dəryal" nəzarət-buraxılış məntəqəsi müvəqqəti olaraq bağlanıb.
Trend xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Məlumata görə, məntəqə Devdoraki çayında suyun səviyyəsinin qalxması səbəbindən bağlanıb.
Nəzarət-buraxılış məntəqəsinin bütün əməkdaşları təcili təxliyə olunub, sərhəd polisinin helikopteri əraziyə baxış üçün gəlib.
Bundan başqa, Qveleti kəndi yaxınlığında avtomobil yolu hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.