Bakı. Trend:
Narendra Modi bazar günü Hindistanın baş naziri kimi and içərək, ardıcıl üçüncü dəfə bu vəzifəni icra edəcək.
Trend-in məlumatına görə, bu barədə "The Times of India" nəşri xəbər verib.
Yeni Dehlidəki prezident iqamətgahı Raştrapati-Bhavanda keçirilən mərasimə Hindistan prezidenti Draupadi Murmu rəhbərlik edib. Tədbirlərdə minlərlə qonaq, o cümlədən Banqladeş, Şri-Lanka, Nepal, Maldiv liderləri, habelə sənayeçilər və Bollivud ulduzları iştirak edirdi.
Bildirilib ki, Hindistanın yeni hökumətinin üzvləri də and içiblər: o cümlədən keçmiş müdafiə naziri Racnath Sinqx, keçmiş daxili işlər naziri Amit Şah, keçmiş nəqliyyat naziri Nitin Qandkari və Modinin yaxın silahdaşı, onun "Bharatiya Janata Parti" Partiyasının (BJP) prezidenti Caqat Prakash Nadda.