...

Növbəti məntiqi addım KTMT-dən çıxmaq olacaq - Paşinyan

Dünya xəbərləri Materials 13 İyun 2024 11:49 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti məntiqi addım Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq olacaq.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, bu addımın məhz nə zaman atılacağına Ermənistan hakimiyyəti qərar verəcək.

Qeyd edək ki, bu yaxınlarda Paşinyan bildirib ki, KTMT üzv ölkələrin, Rusiya, Ermənistan və digərlərinin ümid edə biləcəyi mexanizm qismində mövcud deyil.

"Bu KTMT-nin reaksiyası və bir sıra üzv ölkələrin bəyanatları ilə əsaslandırılır. Cəmiyyətimiz deyir: siz niyə KTMT-nin üzvü olaraq qalmağa davam edirsiniz? Açıq danışsaq, bu suala cavabım yoxdur", - o deyib.

Bu ilin may ayında isə Ermənistan XİN ölkənin 2024-cü il üzrə KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyini açıqlayıb.

"Ermənistan Respublikası KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının "KTMT-nin 2024-cü il üzrə büdcəsi haqqında" 23 noyabr 2023-cü il tarixli qərarına qoşulmaqdan və bu qərarla təşkilatın nəzərdə tutulan fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan kənarda qalacaq, lakin məhdud formatda bu qərarın qəbuluna etiraz etmir", - Ermənistan XİN-in açıqlamasında deyilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti