Bakı. Trend:
Bir neçə min insanabənzər "Optimus" robotu "Tesla" elektrik avtomobili zavodlarında çalışacaq.
Trend-in məlumatına görə, bu barədə "Tesla" şirkətinin baş direktoru İlon Mask ABŞ-nin Ostin şəhərində keçirilən səhmdarların illik yığıncağında bildirib.
"Proqnozlarıma görə, gələn il "Tesla"da min, bəlkə də bir neçə mindən çox "Optimus" robotu çalışacaq", - deyə o bildirib.
İ.Mask hesab edir ki, insanabənzər robotların avtonomluq səviyyəsi tezliklə əhəmiyyətli dərəcədə artırmaq mümkün olacaq - onlara şifahi tapşırıq vermək və ya hansısa hərəkəti göstərmək və onlardan da eyni şeyi tələb etmək kifayət edəcək.