...

Ukraynada hava həyəcanı elan edilib

Dünya xəbərləri Materials 15 İyun 2024 05:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Trend, bu cür siqnallara nəzarət edən qurumlara istinadən xəbər verir ki, Ukraynanın bütün bölgələrində hava həyəcanı elan edilib.

Bundan əvvəl Kiyev regional hərbi administrasiyası paytaxtda hava həyəcanı xəbərdarlığının elan edildiyini bildirmişdi. İdarə sakinləri sığınacaqlarda gizlənməyə çağırıb. Təhlükə siqnalları Bakı vaxtı ilə təxminən 03:13-də elan edilib.
Hava həyəcanını ilk elan edən bölgələr Poltava, Çerniqov və Vinnitsa vilayətləri olub, daha sonra Xarkov, Nikolaev, Nikolaev və Dnepropetrovsk vilayətlərində təhlükə siqnalları işə salınıb.

Rusiya Müdafiə Nazirliyi vurğulayır ki, hücumlar yalnız Ukraynanın hərbi və enerji obyektlərinə və əlaqədar infrastrukturlara edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti