...

Türkiyədə meşə yanğınları bölgələrə zərər vurur

Dünya xəbərləri Materials 19 İyun 2024 02:59 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə meşə yanğınları bölgələrə zərər vurur.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Manisada meşəlik ərazidə baş verən yanğın yanğınsöndürən qrupların qurudan və havadan müdaxiləsi ilə nəzarətə götürülüb.

Xəbərdarlıq üzərinə İzmir Meşə Region Müdirliyi və Manisa Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi qrupları bölgəyə göndərilib.

Yanğına iki təyyarə, bir helikopter, doqquz su tankeri, bir su təchizatı maşını və bir dozerlə müdaxilə olunub.

Yanğınsöndürmə qrupları 2 saat fəaliyəti nəticəsində yanğın nəzarət altına alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti