...

Bu ölkə Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Dünya xəbərləri Materials 19 İyun 2024 15:57 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Danimarka Ukraynaya yeni hərbi yardım paketi ayırıb. Bu, artıq ardıcıl 19-cu yardım paketidir.

Trend xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

“İyunun 18-də hökumət Xarici Siyasət Şurası ilə Ukraynanın təcili ehtiyaclarını və Ukraynanın özünümüdafiə qabiliyyətinin uzunmüddətli inkişafını dəstəkləyəcək 19-cu yardım paketi ilə bağlı məsləhətləşib”, - məlumatda deyilir.

Nazirlikdən qeyd edilib ki, paket müttəfiqlərlə müdafiə sənayesindən alqı-satqı və transferlərə dair bir sıra müxtəlif müqavilələrin bağlamasını nəzərdə tutur.

Eyni zamanda, Danimarka tərəfindən hədiyyə edilən F-16 təyyarələrini dəstəkləmək üçün daha çox avadanlıq nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti