...

Türkiyənin Aydın vilayətindəki yanğın söndürülüb

Dünya xəbərləri Materials 22 İyun 2024 21:22 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Aydın vilayətindəki yanğın söndürülüb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, yanğın naməlum səbəbdən baş verib.

Xəbərdarlıq üzərinə Aydın Meşə Təsərrüfatı Müdirliyi və Aydın Böyükşəhər Bələdiyyəsinin qrupları bölgəyə cəlb edilib.

Küləyin təsiri ilə böyüyən yanğına havadan və qurudan müdaxilə edilib.

Məlumat üçün qeyd edək ki, nəzarət altına alınan yanğında 3 hektar zeytun bağına ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti