Bakı. Trend:
ABŞ prezidentliyinə namizəd Donald Trampın Pensilvaniya ştatındakı mitinqində atəş açmaqda şübhəli bilinən şəxs öldürülüb.
Trend xəbər verir ki, bu barədə CBS məlumat yayıb.
“The New York Times“ qəzetinin Trampın sözçüsü Stiven Çuna istinadən yaydığı məlumatda isə onun yaralanandan sonra tibbi müayinədən keçdiyi və vəziyyətinin yaxşı olduğu bildirilir.
“Trampın vəziyyəti yaxşıdır və yerli tibb müəssisəsində müayinə olunur”, – deyə Stiven Çun bildirib.