...

İspaniya Ukraynaya 10 Leopard tankı göndərib

Dünya xəbərləri Materials 15 İyul 2024 19:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya hakimiyyəti Ukraynaya daha 10 ədəd Leopard tankı göndərib.

Trend xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Hərtərəfli təmir prosesi başa çatdıqdan sonra 10 Leopard 2A4 tankının Ukraynaya multimodal daşınmasına başlanılıb”, - deyə nazirlikdən bildiriblər. Tankların həftə sonunadək Polşa limanına çatması, daha sonra isə Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcəyi gözlənilir.

Beləliklə, Madrid artıq Kiyevə 20 Leopard döyüş maşını göndərib. Tankların daha bir partiyası 2024-cü ilin ikinci yarısında Ukraynaya verilə bilər.

Xəbər lenti

Xəbər lenti