...

Moldova 2030-cu ilə qədər hərbi xərclərin ÜDM-də payını 1 faizə qədər artıracaq

Dünya xəbərləri Materials 18 İyul 2024 02:30 (UTC +04:00)

Bakı. Trend:

Moldova Avropa ölkələrinin tendensiyasına uyğun olaraq 2030-cu ilə qədər hərbi xərclərin ÜDM-də payını 1 faizə çatdırmaq niyyətindədir. Bu tədbir 2024-2034-cü illər üçün Milli Müdafiə Strategiyasına daxil edilib.

Trend-in məlumatına görə, Milli Strategiya layihəsi ABŞ və Rumıniyadan olan müdafiə ekspertləri ilə razılaşmadan sonra təsdiq edilib.

Əlavə vəsait ordunun modernləşdirilməsinə yönələcək. Strategiyanın qarşıya qoyduğu vəzifələrdən biri də respublikanın 145 ölkə arasında 144-cü olduğu “Global Firepower” reytinqində mövqeyini yaxşılaşdırmaqdır. Plana görə, ölkə 2029-cu ilə qədər beş, 2034-cü ilə qədər isə on pillə yüksəlməlidir.

2023-cü ildə Moldova hakimiyyəti hərbi büdcəni 68 faiz artıraraq 1,5 milyard leyə (89 milyon dollar) çatdırıb. ABŞ, Aİ və NATO da respublikaya silah və hərbi texnika tədarükünü artırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti