...

Türkiyənin İrana avtomobil sənayesi məhsulları ixracı artıb

Dünya xəbərləri Materials 20 İyul 2024 17:17 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin İrana avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz azalaraq, 70,1 milyon dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə İrana 8,1 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 38,4 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar- iyun aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 17 milyard dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 2,6 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 12,4 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2023- iyun 2024) Türkiyə 35,4 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti