...

Kamala Harris Ağ Evdə Netanyahu ilə görüşəcək

Dünya xəbərləri Materials 23 İyul 2024 04:22 (UTC +04:00)
Kamala Harris Ağ Evdə Netanyahu ilə görüşəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın vitse-prezidenti Kamala Harris Vaşinqtona səfəri zamanı İsrailin baş naziri Binyamin Netanyahu ilə şəxsən görüşməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti mənbələrə istinadən bildirib.

Məlumata əsasən, K.Harris çərşənbə günü B.Netanyahunun ABŞ Konqresi qarşısında çıxışında iştirak etməyəcək, lakin bu həftə Ağ Evdə İsrailin baş naziri ilə ayrıca ikitərəfli görüş keçirəcək.

Görüş zamanı K.Harris İsrailin təhlükəsizliyinə və özünümüdafiə hüququna sadiqliyini bir daha təsdiqləməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti