...

Moskvada avtomobili partlatmaqda şübhəli bilinən şəxs Türkiyədən Rusiyaya aparılıb

Dünya xəbərləri Materials 26 İyul 2024 10:10 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Moskvada avtomobili partlatmaqda şübhəli bilinən şəxs Türkiyədən Rusiyaya aparılıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat yayıb.

Məlumata görə, Serebryakov artıq İstintaq Komitəsinə təhvil verilib.

Xatırladaq ki, iyulun 24-də Moskvada "Toyota Land Cruiser" markalı avtomobil partladılıb. Partladılan avtomobil Andrey Torqaşov adlı hərbçiyə məxsus olub.

Məlumata görə, partlayışa avtomobilə partlayıcı qurğunun yerləşdirilməsi səbəb olub. Hadisə baş verən zaman Torqaşov və həyat yoldaşı avtomobildə olublar.

Partlayış nəticəsində Torqaşov ayağını itirib, arvadı isə qəlpə yaraları alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti