...

Olimpiya qızıl medalının qiyməti min dollara çatır

Dünya xəbərləri Materials 26 İyul 2024 20:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paris Olimpiadasında yarışların nəticələrinə əsasən birinci və ikinci yerləri tutan idmançılara veriləcək medalların dəyəri Tokiodakı Oyunlarla müqayisədə artıb. Qızıl medal min dollar həddə yaxınlaşır.

Trend xəbər verir ki, bu barədə Danimarkanın “Saxo Group” investisiya bankı məlumat yayıb.

Ən nəzərəçarpacaq dəyər artımı qızıl medallarda müşahidə olunur: Tokio Oyunlarında 763 dollardan 935 dollara qədər, gümüş mükafatların dəyəri də 415 dollardan 473 dollara qədər artıb.

“Saxo Group”da izah ediblər ki, qızıl və gümüş mükafatlarının dəyərindəki artım "yaşıl enerjiyə qlobal keçidlə əlaqədar müşahidə olunan" metallara artan tələbata bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti