...

ABŞ-də Tramp populyarlıq baxımından Harrisi qabaqlayır

Dünya xəbərləri Materials 27 İyul 2024 03:56 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin keçmiş prezidenti Donald Tramp dəstək baxımından ABŞ-ın vitse-prezidenti Kamala Harrisi qabaqlayır.

Trend-in məlumatına görə, bu barədə “The Wall Street Journal”ın keçirdiyi sorğunun nəticələrində qeyd olunub.

Araşdırmalara əsasən, seçicilərin 49 faizi D.Trampı dəstəkləyir, amerikalıların 47 faizi K.Harrisə səs verməyə hazırdır. Sorğu iyulun 23-dən 25-dək 1 min amerikalı arasında aparılıb, xəta 3,1 faiz bəndi təşkil edir.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti