...

Fransada AES-lərə dair informasiyanın olduğu kompüterlər oğurlanıb

Dünya xəbərləri Materials 31 İyul 2024 04:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Marsel şəhərində elektrik istehsal edən EDF şirkətinin podratçılarının ofisindən 15 kompüter oğurlanıb.

Trend “Figaro”ya istinadla xəbər verir ki, hadisə bazar günü baş versə də, şirkət iyulun 30-da bu barədə məlumat alıb.

EDF-in açıqlamasına görə, oğurlanmış kompüterlərdə həssas informasiya yoxdur. Lakin polis bu iddiaya şübhə ilə yanaşır.

Marsel prokurorluğu faktla bağlı cinayət işi açıb və oğurluğu törədənlərin axtarışı davam edir. Polisin yoxlaması zamanı binada heç bir müşahidə kamerasının olmadığı məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti