...

TikTok-un baş ofisində kütləvi zəhərlənmə olub

Dünya xəbərləri Materials 31 İyul 2024 19:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

TikTok-un Sinqapurdakı baş ofisində kütləvi zəhərlənmə olub.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbəır verir.

Məlumata görə, 60 nəfər zərər çəkib, onlardan 57-si xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin hamısında eyni simptomlar müşahidə olunub. Qarın ağrısı, qusma, 38+ temperatur, soyuq tər, solğunluq.

Onların hər birinə qastroenterit diaqnozu qoyulub. Zərərçəkən əməkdaşlar ofisin yeməkxanasında zəhərləniblər, hazırda orada mütəxəssislər tərəfindən yoxlama aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti