Bakı. Trend:
ABŞ və Rusiya arasında “Soyuq müharibə” dövründən bəri ən böyük məhbus mübadiləsi həyata keçirilib.
Trend-in məlumatına görə, Rusiya həbsxanalarında saxlanılan 3 ABŞ vətəndaşı ölkələrinə qaytarılıb. Onların arasında “Wall Street Journal”ın reportyoru Evan Qerşkoviç də var. Ağ Evin açıqlamasına əsasən, mübadilə Rusiya və digər ölkələr arasında kompleks danışıqlar əsasında baş tutub.
Mübadilənin koordinasiyasını Türkiyə həyata keçirib. Ümumilikdə 24 məhbus azad edilib. Rusiya, ABŞ, Almaniya, Norveç, Sloveniya və Polşada saxlanılan məhbusların geri qaytarılması qarşılığında bu ölkələrin vətəndaşları olan 16 məhbusu azadlığa buraxıb.