...

Tramp seçicilər arasında dəstək səviyyəsinə görə Harrisdən öndədir

Dünya xəbərləri Materials 2 Avqust 2024 18:04 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp seçicilər arasında dəstək səviyyəsinə görə vitse-prezident Kamala Harrisi 5 faiz bəndi qabaqlayıb.

Trend-in məlumatına görə, "Rasmussen Reports" təşkilatının apardığı sosioloji rəy sorğusunun nəticələri bundan xəbər verib.

Məlumata görə, sorğu iştirakçılarının 49 faizi prezident seçkilərində Donald Trampı, 44 faizi Kamala Harrisi dəstəkləməyə hazır olduğunu bildirib. Respondentlərin 4 faizi isə qarşıdakı seçkilərdə başqa bir namizədə səs verəcəklərini deyib. Sorğu iştirakçılarının 2 faizi isə dəqiq cavab verməyib.

Qeyd edək ki, sorğu 24-25 və 28-31 iyul tarixləri arasında keçirilib. Sorğuda 2 mindən çox potensial seçici iştirak edib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri bu il noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyası 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Donald Trampın namizədliyini irəli sürüb. ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini açıqlayıb. O, prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti