...

Tramp və Harris bu tarixdə debat keçirəcək

Dünya xəbərləri Materials 3 Avqust 2024 10:43 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin keçmiş prezidenti Donald Tramp və vitse-prezident Kamala Harris sentyabrın 4-də debat keçirəcək.

Trend xəbər verir ki, bu barədə Tramp özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Keçmiş prezident bildirib ki, debatın keçirilməsi ilə bağlı "Fox News" telekanalı ilə razılaşıb.

Onun sözlərinə görə, debat Pensilvaniya ştatında keçiriləcək. Debatın dəqiq yeri hələlik müəyyən edilməyib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri bu il noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyası 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Donald Trampın namizədliyini irəli sürüb. ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini açıqlayıb. O, prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti