...

Harris demokratların namizədlik təklifini qəbul edəcəyini açıqladı

Dünya xəbərləri Materials 3 Avqust 2024 13:05 (UTC +04:00)
Harris demokratların namizədlik təklifini qəbul edəcəyini açıqladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Demokratlar Partiyasının prezidentliyə namizədi olmaq mənim üçün şərəfdir.

Trend xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris “X” sosial şəbəkə hesabında yazıb.

"Bu təklifi növbəti həftə rəsmən qəbul edəcəyəm", - o əlavə edib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri bu il noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyası 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Donald Trampın namizədliyini irəli sürüb. ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini açıqlayıb. O, prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti