Bakı. Trend:
Xəbər verdiyimiz kimi, avqustun 1-də Rusiyanın Nijni Taqil şəhərində qazsızması səbəbindən beşmərtəbəli binada partlayış olub. Nəticədə binanın iki bloku dağılıb.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.
Məlumata görə, həlak olanların sayı 10-a çatıb. Onlardan 5-i uşaqdır. Həmçinin 7-si uşaq olmaqla 15 nəfər xilas edilib.
Xatırladaq ki, ötən gün ölənlərin sayı 6 idi.