Bakı. Trend:
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurilla avqustun 3-də ABŞ və müttəfiqlərinin İranın İsrailə qarşı mümkün hücumuna hazırlıq gördüyü bir dövrdə Yaxın Şərqə səfər edib.
Trend-in məlumatına görə, “Axios” portalı bu barədə öz hərbi mənbələrinə istinadən xəbər yayıb.
General Kurillanın Fars körfəzinin bir neçə ölkəsinə, İordaniyaya və İsrailə səfər edəcəyi, həmçinin İranın potensial hücumunu birlikdə dəf etmək məqsədilə beynəlxalq və regional müttəfiqləri səfərbər etməyə çalışacağı bildirilir.
Bu məsələ ilə bağlı ABŞ Müdafiə Nazirliyi və Mərkəzi Komandanlıq hələlik rəsmi açıqlama verməyib.