...

Kamala Harris vitse-prezidentini seçib

Dünya xəbərləri Materials 6 Avqust 2024 19:38 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris seçiləcəyi təqdirdə vitse-prezident təyin edəcəyi şəxsin adını açıqlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, prezident seçkiləri kampaniyasında onunla birlikdə hərəkət edəcək şəxs Minnesota qubernatoru 60 yaşlı Tim Valzdır.

Kamala Harris bu gün Filadelfiyada keçirəcəyi görüş zamanı vitse-prezident postuna namizədini xalqa təqdim edəcək.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri bu il noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyası 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Donald Trampın namizədliyini irəli sürüb. ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini açıqlayıb. O, prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti