Bakı. Trend:
Tunis prezidenti Kays Səid respublikanın yeni hökumət başçısını təyin edib.
Trend-in məlumatına görə, bu barədə "Tunis Afrique Presse" agentliyi xəbər verib.
Məlumata əsasən, bu vəzifəyə bundan əvvəl sosial işlər naziri vəzifəsində çalışan Kamal Madduri təyin olunub.
Məlumata əsasən, KMadduri Əhməd əl-Həşanini əvəz elədi. Hökumət başçısının dəyişməsinin səbəbləri barədə məlumat verilmir.