...

II Aleksandr tərəfindən qurulan Fin zərbxanası bağlandığını elan etdi

Dünya xəbərləri Materials 9 Avqust 2024 03:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

1860-cı ildə Rusiya İmperatoru II Aleksandr (1818-1881) tərəfindən qurulan Fin Sikkəxanası fəaliyyətini dayandıracağını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə şirkətin baş direktoru Conne Hankimaa məlumat verib.

"Bağlanma prosesi müştəri layihələrinin icrası əsasında həyata keçirilir. Məqsəd müştərilər və təchizatçılarla mövcud müqavilələrin müqavilələrə uyğun şəkildə tamamlanmasını təmin etməkdir", - Hankimaa "İltalehti" qəzetinə bildirib.

Onun sözlərinə görə, bütün layihələr 2025-ci ilin yazına kimi tamamlanacaq. Hankimaa bağlanmanın səbəbi kimi ödəniş üsullarında dramatik dəyişiklikləri və nağd pulun gündəlik həyatda rolunun azalmasını göstərib.

Zərbxana 1860-cı ildə imperator II Aleksandrın qərarı ilə yaradılmış və 1864-cü ilin avqustunda Helsinkidə açılmışdır. Birinci partiya Finlandiya Bankı üçün 30.000 bir qəpiklik sikkə idi.

Xəbər lenti

Xəbər lenti