...

Astanada dolu təyyarələri sıradan çıxarıb: reyslər təxirə düşüb

Dünya xəbərləri Materials 10 Avqust 2024 15:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yerli vaxtla saat 14:10-a olan məlumata görə, Astana hava limanında 9 gəliş və 6 uçuş reysi təxirə salınıb. Ləğv edilmiş uçuşlar yoxdur.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, Astanada pisləşən hava şəraiti ilə əlaqədar “Air Astana” aviaşirkətinin 4 təyyarəsi dolu vurması səbəbindən sıradan çıxıb və bu, sonrakı uçuşların zəncirvari ləngiməsinə səbəb olub.

Hazırda Mülki Aviasiya Komitəsinin, Aviasiya Nəqliyyatı Prokurorluğunun və Qazaxıstan Aviasiya Administrasiyasının əməkdaşları uçuşların gecikmələri ilə bağlı vəziyyətə nəzarət etmək və əməliyyat tədbirləri görmək üçün Astana hava limanındadırlar.

Onların birgə məlumatında deyilir: “Aviaşirkətin əməkdaşları iş başındadır və sərnişinləri Qazaxıstan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün lazımi məlumat və xidmətlərlə təmin edirlər.

Təxirə salınan reyslər növbəti uçuşların gecikməsinə səbəb ola bilər və buna görə də sərnişinlərə tövsiyə olunur ki, aviareyslərin statusunu və uçuş vaxtını əvvəlcədən aviaşirkət və ya hava limanının məlumat xidmətlərindən öyrənsinlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti