...

Ermənistanda 4.2 maqnitudalı zəlzələ baş verib

Dünya xəbərləri Materials 12 Avqust 2024 05:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

12 avqust tarixində yerli vaxtla saat 02:02-də (Qrinviç vaxtı ilə 22:02) Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Müdafiə xidmətinin Seysmoloji şəbəkəsi tərəfindən 4,2 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ episentrinin coğrafi koordinatları 40.20⁰ şimal enliyi və 45.22⁰ şərq uzunluğu olmaqla, Mərtuni şəhərindən 9 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

Trend Ermənistan mətbuatına istinadən xəbər verir ki, zəlzələ ocağının dərinliyi 10 kilometr təşkil edib və episentrdə yeraltı təkanların gücü 5-6 bala çatıb. Zəlzələ Qeqarkunik vilayətində 5 bal, Kotayk vilayətində 4 bal və Yerevan şəhərində isə 2-3 bal gücündə hiss olunub.

Hadisə nəticəsində dağıntılar və ya tələfat barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti