...

Günəşdə yeni güclü partlayış olub

Dünya xəbərləri Materials 14 Avqust 2024 15:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Günəşin Yerə baxan tərəfində X səviyyəli yeni güclü partlayış olub.

Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

“Günəşdə yeni X səviyyəli partlayış olub – düz Günəş-Yer xəttində. Kosmik izləmə məlumatlarına görə, Günəşdə ən yüksək – ilkin hesablamalara görə, X1.1 səviyyəli yeni partlayış qeydə alınıb”, - məlumatda qeyd olunub.

Avqustun əvvəlində Yerdə baş verən maqnit qasırğası G3 səviyyəsinə çatıb ki, bu da “güclü” kimi qiymətləndirilir. Şkalada ən yüksək səviyyə G5 (son dərəcə güclü), ən aşağısı isə G1-dir (zəif).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti