Bakı. Trend:
ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris bildirib ki, o, dövlət başçısı olarsa, orta təbəqə üçün münasib qiymətə mənzil tikməyə çalışacaq. O, həmçinin ərzaq qiymətlərinin aşağı salınması haqqında çalışacaq.
Trend-in məlumatına görə, bu barədə K.Harris "X" sosial şəbəkəsində bildirib.
"Ciddi mənzil çatışmazlığı var. Prezident kimi ehtiyac duyduğumuz mənzillərin tikintisi üçün tikinti sənayesi ilə əməkdaşlıq edəcəyəm", - deyə o bildirib.
Hazırkı vitse-prezident qeyd edib ki, seçkidə qalib gələrsə, onun prioriteti qiymətləri aşağı salmaq və amerikalıların iqtisadi təhlükəsizliyini artırmaq olacaq. Xüsusilə, K.Harris vəd etdi ki, o, "ərzaq qiymətlərinin artmasına dair ilk federal qadağanın" qəbul edilməsi üçün çalışacaq.