...

Kamala Harris prezidentliyə namizədliyini qəbul edib

Dünya xəbərləri Materials 21 Avqust 2024 09:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasından prezidentliyə namizədliyini simvolik olaraq qəbul edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, partiyanın Çikaqo şəhərində keçirilən milli qurultayı zamanı təmsilçilərin səsvermə mərasimindən sonra onun namizədliyi qəbul etməsinə dair videomüraciəti nümayiş olunub.

Harrisin çıxışı qurultayın sonuncu günü, avqustun 22-nə nəzərdə tutulub.

Kamala Harris avqustun əvvəlində keçirilmiş onlayn səsvermə zamanı partiyasının prezidentliyə namizədi kimi rəsmən təsdiqlənmişdi. Demokratlar Partiyasının Çikaqoda keçirilən milli qurultayında bu gün 57 nümayəndə təntənəli səsvermə mərasimində iştirak edərək səslərini təsdiqləyiblər.

Xəbər lenti

Xəbər lenti