...

"Fukusima-1"də nüvə yanacağının çıxarılması üzrə sınaq işlərinə başlanılıb

Dünya xəbərləri Materials 22 Avqust 2024 06:40 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyalı mütəxəssislər "Fukusima-1" AES-in ikinci enerji blokundan ərimiş nüvə yanacağının sınaq çıxarılmasına başlayıblar.

Trend-in məlumatına görə, bu barədə stansiyanın operatoru olan "Tokyo Electric Power" (TEPCO) şirkəti bildirib.

Plana görə, yanacağın tutulması üçün xüsusi avadanlıq reaktorun qoruyucu hissəsinə aparan boru kəmərindən keçməlidir.

Sınaq mərhələsində TEPCO mütəxəssisləri qəza nəticəsində ərimiş nüvə yanacağının zədələnmiş metal konstruksiyaların elementləri və digər qalıqların qarışığı olan dağıntı nümunələrinin əldə edilməsini gözləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti