Bakı. Trend:
Sakit okeanda Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə rəhbəri bildirib.
"Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsinin məlumatına görə, avqustun 24-də səhər saatlarında Sakit okeanda hiss olunacaq qədər seysmik hadisə qeydə alınıb", - deyə qeyd olunub.
Zəlzələ 7 kilometr dərinlikdə baş verib. Zəlzələnin episentri Sakit okeanda, Petropavlovsk-Kamçatski şəhər dairəsindən 188 kilometr şərqdə yerləşib.