...

Türkiyənin xarici ticarət dövriyyəsi 50 milyard dolları keçib

Dünya xəbərləri Materials 28 Avqust 2024 13:04 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyar 315 milyon dollar olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin iyul ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 13,8 faiz artaraq 22 milyard 510 milyon dollar, idxalı isə 7,8 faiz azalaraq 29 milyard 805 milyon dollar olub.

“Bu ilin yanvar - iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 347 milyard 414 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti