...

Harris və Tramp bərabər irəliləyir

Dünya xəbərləri Materials 30 Avqust 2024 09:24 (UTC +04:00)
Harris və Tramp bərabər irəliləyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin vitse-prezidenti Kamala Harris və keçmiş prezident Donald Tramp arasında seçki yarısı bərabər irəliləyir.

Trend xəbər verir ki, “The Wall Street Journal”ın keçirdiyi son sorğuda seçki mübarizəsinin liderini müəyyən etmək mümkün olmayıb.

Seçicilər arasında aparılmış sorğuya əsasən, Harris 48 faiz, Tramp isə 47 faiz seçicinin rəğbətini qazanıb. Sorğuda Demokratların 90 faizi öz yeni namizədləri ilə bağlı həvəsli olduqlarını desələr də, Respublikaçılar arasında bu rəqəm 82 faizdir.

Sorğu 24-28 avqust tarixlərində telefon və onlayn şəkildə 1500 seçici arasında keçirilib. Nəticələrdə 2,5 faiz xəta nəzərə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti