Bakı. Trend:
Ali Rada yaxın zamanlarda ciddi kadr dəyişikliklərinə başlayacaq, bu dəyişikliklər hökumət işçilərinin yarısını əhatə edəcək. Bu gün işdən çıxarma günüdür, sabah isə təyinatlar gözlənilir.
Trend Ukrayna KİV-nə istinadən xəbər verir ki, aşağıdakı nazirlərin istefa verəcəyi və kimlərin təyin ediləcəyi göstərilir.
Artıq istefa ərizəsini təqdim edən nazirlər:
- Dmitri Kuleba - XİN
- Aleksandr Kamışin - müdafiə sənayesi naziri
- Denis Malyuska - ədliyyə naziri
- Ruslan Strelets - ekologiya və təbii sərvətlər naziri
Planlaşdırılan təyinatlar:
- Andrey Sibiga - XİN
- Sergey Boev və ya German Smetanin - müdafiə sənayesi naziri
- Olqa Stefanışina - ədliyyə naziri
- Svetlana Grinçuk - ekologiya və təbii sərvətlər naziri
Bu gün müvafiq komitələrdə istefalar müzakirə ediləcək və sonra Ali Radada baxılacaq. Daha sonra "Xalqın Xidməti" fraksiyası namizədləri müzakirə edəcək. Eyni zamanda, prezident Volodimir Zelenski XİN təyinatını parlamentə təqdim edəcək.