...

Bu ölkə Ukraynaya 128 milyon avro hərbi yardım edəcək

Dünya xəbərləri Materials 4 Sentyabr 2024 16:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrlandiya hökuməti Ukraynaya 128 milyon avro həcmində hərbi yardım ayıracaq.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı sənəd baş nazir Saymon Harrislə Volodimir Zelenski arasında imzalanıb.

Məlumata görə, İrlandiya rəsmi Kiyevə 40 milyon avroluq humanitar dəstək də göstərmək qərara alıb. İkitərəfli müqavilədə o da göstərilir ki, İrlandiya hökuməti tərəfindən Ukrayna hökumətinə minatəmizləmə avadanlıqları da veriləcək.

Hazırda İrlandiya tərəfi Ukraynaya dəstəyin digər yollarını da nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti