Bakı. Trend:
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının döyüşçüləri ilə Pakistan sərhəd qoşunları arasında iki ölkənin mübahisəli sərhədi ərazisində yenidən silahlı toqquşmalar başlayıb.
Bu barədə Trend TOLOnews telekanalına istinadən xəbər verir. Onun sözlərinə görə, Əfqanıstanın şərqində yerləşən Xost vilayətinin sərhədi yaxınlığında yerli vaxtla təxminən saat 16:00-da Taliban ilə Pakistan hərbçiləri arasında döyüşlər başlayıb. Tərəflərin ağır silahlardan da istifadə etdiyi iddia edilir. Ölən və ya yaralananlar barədə məlumat verilmir.
Xost vilayətində Taliban və Pakistan sərhədçiləri arasında yüngül və ağır silahlardan istifadə etməklə toqquşmalar başlayıb. Döyüşə səbəb mübahisəli sərhəd bölgəsində Əfqanıstan tərəfinin postlar tikməsi olub. Taliban Müdafiə Nazirliyinin sözçüsü İnayətullah Xarəzmi döyüşlərin bitdiyini açıqlayıb.