Baku. Trend:
Fransada Solçu Yeni Xalq Cəbhəsi (NFP) ittifaqının ümumi seçkilərdə qazandığı qələbəyə baxmayaraq, prezident Emmanuel Makronun sağçı siyasətçi Mişel Barnyeni baş nazir təyin etməsinə etiraz edən minlərlə insan sentyabrın 8-də küçələrə çıxıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, etiraz aksiyaları NFP tərəfindən təşkil edilib, ona görə ki, partiya öz namizədinin hökumətə rəhbərlik edəcəyinə ümid edir.
Parisdə 30 minə yaxın, bütün ölkə boyu isə 110 mindən çox insan iştirak edib.
"Əyilməz Fransa" (“La France Insoumise France”) partiyasının parlament lideri Matilda Panot sosial mediada faktiki iştirakın daha yüksək olduğunu iddia edərək, Parisdə 160 min, bütün ölkə üzrə isə 300 min etirazçının olduğunu qeyd edib.
Etirazçılar Makronu, seçkilərin nəticələrinə baxmayaraq, NFP-nin namizədi Lyusi Kastetin əvəzinə Barnyeni baş nazir təyin etməkdə ittiham ediblər.
Davam edən nümayişlər Makronun rəhbərliyinə qarşı artan ictimai narazılığı əks etdirir.