...

Harrislə Tramp arasında debat baş tutub

Dünya xəbərləri Materials 11 Sentyabr 2024 10:34 (UTC +04:00)
Harrislə Tramp arasında debat baş tutub
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin keçmiş prezidenti Donald Tramp və vitse-prezident Kamala Harris arasında prezident seçkiləri ilə bağlı debat baş tutub.

Trend ABŞ-nin KİV-ə istinadən bu barədə xəbər verir.

Debat ABC kanalı tərəfindən Filadelfiyada təşkil edilib. 90 dəqiqəlik debatda prezidentliyə namizədlər ilk dəfə üz-üzə gəliblər. Hər iki tərəf azı daha bir debatda iştirak etmək istəklərini ifadə ediblər. Lakin 2-ci görüşün detalları hələ ki, dəqiqləşməyib.

Kamala Harris iyun ayında prezident Co Baydenin namizədliyindən gözlənilməz imtina etməsindən sonra Demokratlar Partiyasından prezidentliyə namizəd olub. Bu debatlar onun seçki kampaniyasında mühüm bir hadisə kimi qiymətləndirildi. Çünki bu, amerikalı seçicilərə rəqibi ilə canlı dialoqda özünü təqdim etmək üçün ilk fürsəti olub.

Debatlar Kamala Harrisin "səhifəni çevirmək" və gələcəyə addım atmaq çağırışı ilə sona çatıb. Donald Tramp isə nəticədə Harrisin Bayden administrasiyasının üzvü kimi 3 ildən artıq bir müddətdə ABŞ üçün heç nə etmədiyini, onun "uğursuz vitse-prezident" olduğunu bildirib.

Keçmiş prezident Donald Tramp təxminən 42 dəqiqə 52 saniyə, vitse-prezident Kamala Harris isə təxminən 37 dəqiqə 36 saniyə danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti