Bakı. Trend:
Şimali Koreya lideri Kim Çen In yeni 600 mm-lik reaktiv yaylım atəş sisteminin (RYAS) sınağında iştirak edib.
Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi xəbər verib.
"RYAS-dən atılan mərmilər hədəfə - Şərq (Yapon) dənizindəki adaya dəqiqliklə düşüb", - deyə bildirilib.
Qeyd olunub ki, “600 mm çaplı yeni RYAS döyüş maşını təkmilləşdirilmiş xüsusiyyətlərə malik” hərbi sənaye kompleksi tərəfindən “ordunun döyüş əməliyyatlarının tələblərinə cavab vermək üçün” hazırlanıb.