Bakı. Trend:
Konqo Demokratik Respublikasının cənub-qərbində Kvanqo çayında gəminin batması nəticəsində azı 4 nəfər ölüb, 50 nəfər itkin düşüb.
Trend-in məlumatına görə, bu barədə “Agence France-Presse” Kvanqo əyalətinin vitse-qubernatoru Remi Sakiyə istinadən məlumat yayıb.
Gəmi körpünün dayağına çarparaq batıb. Göyərtədə təxminən 150 nəfər olub, onlardan 100-dən azı xilas edilib.
İtkin düşənlərin axtarışı isə hələ də davam edir.