...

Norveç elektrikli avtomobillərin üstünlük təşkil etdiyi ilk ölkə oldu

Dünya xəbərləri Materials 20 Sentyabr 2024 08:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Norveçdə yollarda elektriklə işləyən avtomobillərin sayı benzinlə işləyən avtomobillərin sayını keçib. Norveç Yol Federasiyasının (NYF) məlumatına görə, qeydiyyatda olan 2,8 milyon şəxsi avtomobildən 754,303-ü tam elektrik, 753,905-i isə benzinlə işləyir.

Trend xəbər verir ki, ölkə 2025-ci ilə qədər daxiliyanma mühərrikli yeni avtomobillərin satışından tamamilə imtina etməyi planlaşdırır.

5,5 milyon əhalisi olan Norveç dünyada yeni benzin və dizel avtomobillərinin satışını tamamilə dayandıran ilk region olmaq kimi iddialı məqsəd qoyub. Bu planın həyata keçirilməsinə inam böyük hissəsi neft-qaz sənayesindən əldə olunan gəlirlər hesabına maliyyələşdirilən elektromobil alıcıları üçün vergi güzəştlərinin və digər stimulların geniş tətbiqi sayəsində əldə edilib. Maraqlıdır ki, yaşıl hərəkatın ilk günlərində Norveçin ətraf mühit fəalları elektrikli avtomobillərin faydaları barədə məlumatlılığı artırmaq üçün hətta məşhur A-ha musiqi qrupunu işə cəlb etmişdilər.

Elektrikli avtomobillərin bu populyarlığı hakimiyyətin aktiv dəstəyi ilə izah olunur. Xüsusilə, Norveçin bir çox şəhərlərində sakinlər elektrik avtomobillərini pulsuz park edə bilər və şəhər rüsumlarını ödəməkdən azaddırlar. Maraqlıdır ki, digər ölkələrdə elektromobil sürücüləri enerji doldurma məntəqələrinin olmamasından şikayətlənsələr də, Norveçdə pulsuz enerji doldurucular bütün şəhərlərdə mövcuddur - təkcə Osloda 2000 ədəd var.

Xəbər lenti

Xəbər lenti