Bakı. Trend:
Rusiyanın "Pobeda" Hava Yollarının Əbu-Dabi-Moskva reysi ile uçan "DP 754" təyyarəsi 12 saatdan çox gecikib.
Trend-in məlumatına görə, bu barədə Vnukovo Hava Limanı və Abu Dabi Beynəlxalq Hava Limanının onlayn ekran məlumatlarında qeyd olunub.
Məlumata əsasən, Abu Dabi Beynəlxalq Hava Limanının onlayn tablosuna əsasən, "Pobeda" Hava Yollarına məxsus təyyarə sentyabrın 22-də saat 08:30-da Abu Dabidən Moskvaya uçmalı idi. Lakin uçuş saat 20:00-a təxirə salınıb.
“Vnukovo” hava limanını saytında bildirilib ki, təyyarə saat 21:19-da Əbu-Dabidən havaya qalxıb.