...

Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən hərbi təlimlərdə iştirak edirlər

Dünya xəbərləri Materials 25 Sentyabr 2024 03:49 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanın Müdafiə Qüvvələrinin NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin poliqonunda "Eternity 2024" çoxmillətli komanda-qərargah təliminin açılışı olub.

Trend xəbər verir ki, Gürcüstan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

Təlimdə Gürcüstan, Türkiyə və Azərbaycanın hərbi qulluqçuları, həmçinin Gürcüstan Daxili İşlər Nazirliyinin Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamenti və Gürcüstan Dəmir Yollarının nümayəndələri iştirak edirlər.

Müdafiə Qüvvələrinin komandanının müavini, briqada generalı İrakli Cicinadze təlim iştirakçıları qarşısında çıxış edərək, onlara uğurlar arzulayıb.

Təlimin ssenarisinə görə, Vaziani təlim sahəsində strateji əhəmiyyətli obyektlərin və regionda həyata keçirilən iqtisadi layihələrin müdafiəsi üzərində işlər görüləcək.

"ETERNITY 2024" təlimi çoxmillətli mühitdə qurumlararası koordinasiyanı və fövqəladə hallar zamanı rabitəni təkmilləşdirmək, eləcə də risklərin idarə edilməsi və qarşılıqlı uyğunluğu artırmaq məqsədini daşıyır.

Xəbər lenti

Xəbər lenti