Bakı. Trend:
İsrail ordusu Beyrutun cənub kənarındakı Haret-Horeyk və Əl-Leylaki məhəllələrinin sakinlərini yaxın saatlarda hava hücumlarına məruz qalacaq bir neçə binanı tərk etməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə "Al Jadeed" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, xəbərdarlıq Burj əl-Bərəcnə qaçqın düşərgəsinin sakinlərinə də göndərilib.
Gözlənilən hava hücumu ilə bağlı məlumatı "X" sosial şəbəkəsində İsrail ordusunun ərəb dilli nümayəndəsi Avixai Edri yayıb.